Bakıda səkini dibçəklərlə kəsdilər Yasamaldan ŞİKAYƏT

20.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bakı şəhəri, Yasamal rayonunda sakinlər səkilərdə hərəkətə maneə yaradan iri dibçəklərin qoyulmasından şikayətçidirlər.

Bununla bağlı Oxu.Az-a şikayət ünvanlayan sakinlər qeyd ediblər ki, rayonun Ə.Salamzadə küçəsində, restoranın qarşısında qoyulan dibçəklər səkini ortadan kəsir, hərəkəti çətinləşdirir.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью