Bakıda sərnişin avtobusları toqquşdu: xəsarət alanlar var VİDEO

20.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusları toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə 131 və 189 nömrəli marşrut avtobuslarının iştirakı ilə baş verib. Qəza nəticəsində bir neçə sərnişin xəsarət alıb.
Əraziyə dərhal təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.
Xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью