Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var

06.11.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki 337 saylı orta məktəbin qarşısında 162 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq qarşıdakı "Opel" markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən "Opel" də yoldan çıxaraq yol kənarında olan piyadanı vurub. Avtobusda da xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью