Bakıda sərnişin taksi sifariş etdi: “Lamborghini” gəldi (Video)

05.09.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda əcnəbi turistin taksi sifarişi zamanı qeyri-adi hadisə baş verib.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, turistin sifariş verdiyi ünvana adi taksi əvəzinə lüks avtomobil - "Lamborghini" gəlib.

Gözlənilməz mənzərə ətrafdakıların da diqqətini çəkib. Turistin taksi gözləntisinin qarşısına belə bahalı avtomobillə çıxılması sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusuna çevrilib. İzləyicilər "Lamborghini"nin taksi kimi gəlməsini təəccüblə qarşılayaraq hadisəyə müxtəlif reaksiyalar bildiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью