Bakıda sərnişin taksi sürücüsünə bıçaq çəkdi KONKRET

01.08.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Binəqədi rayonunda taksi sürücüsünə qarşı quldurluq hadisəsi baş verib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, zərərçəkənin idarə etdiyi KIA markalı avtomobilə müştəri kimi minən naməlum şəxs onu kəsici-deşici alətlə hədələyib və pul vəsaitini talayıb.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı T.Binyətov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью