Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi | Icma.az
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün səhər “Yasamal” Yaşayış Kompleksinin (MİDA) bir neçə sakini burada yerləşən 9 saylı müntəzəm marşrut xəttinin sonuncu dayanacağındakı dispetçer məntəqəsinə yaxınlaşaraq sürücülərə tort hədiyyə ediblər.Bizim.Media xəbər verir ki, bu barədə “Xaliq Faiqoğlu” şirkətinin əməkdaşı sosial şəbəkədə bildirib.O qeyd edib ki, sərnişinlər göstərilən xidmətə görə təşəkkür ediblər və onların bu addımı çox xoş qarşılanıb.Qeyd edək ki, 9 saylı müntəzəm marşrut ​xətti (MİDA - “İnşaatçılar” mt/s - “20 Yanvar” mt/s - “Memar Əcəmi” mt/s - Ayna Sultanova heykəli - “Nəriman Nərimanov” mt/s) 2022-ci ildən fəaliyyət göstərir.
Xətt üzrə 12 avtobus 10 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.Bizim.Media Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu