Bakıda sərxoş müştərini bıçaqlayan ofisianta 3 il həbs cəzası verildi | Icma.az
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci ilin mayında baş verən bıçaqlama hadisəsi ilə bağlı qərarını elan edib.
Məhkəmə, kafe işçisi olan 1980-ci il təvəllüdlü şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
BAKU.WS-in məlumatına görə, hadisə 8 may 2025-ci il, gecə saat 01:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "Elegant" kafesində baş verib.
Ofisiant kimi çalışan təqsirləndirilən şəxs, sərxoş vəziyyətdə olan müştəriyə (zərərçəkmiş) kafe bağlandığı üçün pivə verməkdən imtina edib.
Zərərçəkmişin təhqirləri (ailə üzvlərinə qarşı nalayiq ifadələr) nəticəsində mübahisə yaranıb və təqsirləndirilən şəxs mətbəx bıçağı ilə zərərçəkmişin qarın nahiyəsinə bir zərbə vurub.
Nəticədə zərərçəkmiş daxili qanaxma, dalağın, diafraqmanın, mədənin, qaraciyərin zədələnməsi, sol IX qabırğanın kəsilməsi və sol tərəfli hematoraks kimi ağır xəsarətlər alıb, bu da həyat üçün təhlükəli hesab olunub.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirib ki, zərərçəkmişin təhqirləri (xüsusilə mərhum anasına və bacısına qarşı) səbəbindən özündən çıxıb və niyyəti ağır xəsarət yetirmək olmayıb.
Tam oxu
Xəbəri oxu