Bakıda səs küy yayılan daha bir restorandan ŞİKAYƏT VİDEO

28.08.2026

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Gecəyarısınadək səsləndirilən musiqi səsləri yaşayış kompleksinin əksər mənzillərində eşidilir.

Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonunda fəaliyyət göstərən "İzmir" restoranındandır.

İnşaatçılar prospektindəki 33-a ünvanında  yaşayan sakinlər iddia edirlər ki,  yaşayış kompleksinin sakinləri  yay  mövsümü başalayandan  gecələr mənzillərində səs-küydən dincələ bilmirlər.

Sakinlər deyirlər ki, hətta dəfələrlə bununla bağlı aidiyyəti qurumlara məlumat veriblər. Tədbir görülməsi üçün müraciətlərə baxmayaraq, iaşə obyektinin rəhbərliyi onların narahatlığına məhəl qoymur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью