Bakıda sevgilisini döyən 36 yaşlı kişi həbs edildi

24.08.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Səbail rayonunda qeyri-rəsmi münasibətdə olduğu qadını döyən 36 yaşlı kişi həbs edilib.

Moderatora.z Teleqraf-a istinadla xəbər verir ki, Naxçıvan sakini, 1990-cı il təvəllüdlü Mübariz Babayev (ad-soyad şərti verilib – red.) qeyri-rəsmi münasibətdə olduğu Kəmalə ilə mübahisə edib.

Mübahisə zamanı o, qadını döyərək, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Kəmalədən ayrılmamaq üçün onunla mübahisə edib: “Bu zaman aramızda mübahisə yarandı. Münaqişə nəticəsində əlimlə onun bədəninə zərbə yetirdim”.

İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, 1 ilə yaxındır Mübariz ilə qeyr-rəsmi nikah münasibətində olublar: “Son vaxtlar münasibətlərimiz pisləşdiyindən ondan ayrılmaq istədim. O, əl çəkməyərək bir neçə dəfə məni sosial şəbəkədə təhqir etdi, mənə təzyiqlər göstərdi. Sonuncu dəfə aramızda yaranmış mübahisə nəticəsində mənə bədən xəsarəti yetirdi”.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Babayev 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью