Bakıda sexdə DƏHŞƏT: ustasını söyüşə görə bıçaqladı

30.08.2025

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda mebel sexində bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində yerləşən “Lallar fabriki”nin yaxınlığındakı sexdə qeydə alınıb.

Burada usta köməkçisi işləyən 19 yaşlı Fərid onu təhqir edən ustası Elnuru bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib və həyatı xilas olunub.

Fərid saxlanılıb və barəsində yekun olaraq, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə Fərid 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью