Bakıda sexdə yanğın avtomobillər yandı

09.11.2024

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

Sfera.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 6500 m² (hər mərtəbəsi 1300 m²) olan beşmərtəbəli obyektin birinci mərtəbəsində yerləşən sahəsi 80 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan "Nissan" və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri, 30 paq.m elektrik kabeli və 8 ədəd qoruyucu açar yanıb.

Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью