Bakıda sığınacağa aparılan 5 yaşlı qızın arzusu: Ət yemək...

10.07.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

5 yaşlı Afaq (ad şərtidir-red.) Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağına yerləşdirilib. 

"Cebheinfo.az " xəbər verir ki,  bu barədə  birliyin sədri  Kəmalə Ağazadə məlumat verib. O bildirib ki,  8 ay əvvəl balaca Afaqla anasının yaşadığı ünvanda olublar.  Ancaq ana onlarla ünsiyyət qurmağı, gizlənib. 

İndi isə polis əməkdaşları qızı sığınacağa yerləşdiriblər. Ana isə müayinə üçün narkoloji dispanserə aparılıb:

"Qızın sığınacaqda verdiyi sual "Burda ət verirlər?" olub". Bundan başqa azyaşlı sığınacaqda qalanların döyülüb-döyülməsi ilə maraqlanıb.  Məlumat olub ki, anasının dostları birgə yaşadıqları evdə qızı və anasını mütəmadi döyüblər. 

Xəzər 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью