Bakıda silsilə oğurluq hadisələrinin üstü açıldı

05.06.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Sabunçu rayonunda yerləşən obyektlərin birindən ümumi dəyəri 2300 manat olan 6 ədəd proyektor və noutbuk oğurlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı F.İdrisov müəyyən edilərək saxlanılıb.

Digər əməliyyat zamanı isə Yasamal rayonunda 2000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən 35 yaşlı L.Məmmədova saxlanılıb.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью