Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 46 yaşlı Elbrus Əhmədov saxlanılıb.
Lent.az-ın xəbərinə görə, araşdırmalar zamanı müəyyən olunub ki, o, Zığ qəsəbəsində yerləşən marketlərdən birindən pul vəsaiti, tütün məmulatları, lotereya biletləri, eləcə də bir nəfərə məxsus evin zirzəmisindən 8 min manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.