Bakıda silsilə oğurluqlar edənlər TUTULDU

03.10.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bakının Nərimanov rayonunda oğurluq hadisələri baş verib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayonun müxtəlif ərazilərində marketlərdən, eyni zamanda bir nəfərin velosipedini, digər şəxsin isə 2 ədəd mobil telefonunun talanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən V.Cəfərov, T.Cəfərov, S.Mahmudov və əvvəllər məhkum olunmuş D.Qasımov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, zərərçəkənlərə 5000 manatdan çox ziyan dəyib.

Faktlarla bağlı Cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью