Bakıda şirkət əməkdaşının avtomobildə meyiti tapıldı

20.02.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda şirkətlərdən birinin əməkdaşı iş başında vəfat edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 19-u saat 02 radələrində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində baş verib.

“Norm” sement şirkətində sürücü işləyən Abşeron rayon sakini 1964-cü il təvəllüdlü Səbirxan Məmmədovun meyiti idarə etdiyi “Shacman” markalı yük maşınında tapılıb.

Onun sükan arxasında infarkt keçirərək öldüyü bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью