Bakıda şirkətdən 23 min manat oğurlanıb

09.12.2024

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bakıda şirkətdən 23 min manat oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Xəzər rayonu ərazisində yerləşən şirkətlərin birindən 23600 manat pul oğurlaması barədə polisə məlumat daxil olub.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, həmin şirkətdə işləyən 32 yaşlı O.İslamov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью