Bakıda şirkətdən 7 min manatlıq oğurluq olub, 2 mühafizəçi saxlanılıb

14.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Suraxanı rayonunda talama cinayəti baş verib.

APA DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Zığ qəsəbəsində yerləşən şirkətlərin birindən 7000 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə mühafizə xidmətində çalışan 34 yaşlı A.İsgəndərov və 35 yaşlı A.Zeynalov saxlanılıblar.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью