Bakıda şirkətin soyuducularını satıb pulunu yedilər

12.12.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda şirkət əməkdaşı mənimsəməyə görə saxlanılıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə rayon polis idarəsinin 40-cı Polis Bölməsinə müraciət daxil olub.

Araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq 15 700 manat pulun mənimsənilməsi müəyyən edilib. Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkəti ekspeditoru, 36 yaşlı C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью