Bakıda “skoç”lu avtobus Video | Icma.az
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
91 saylı müntəzəm marşrut xəttindəki avtobuslarından birinin görüntüləri müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda Biləcəri istiqamətində hərəkət edən və içərisində sərnişinlərin olduğu avtobusun arxa şüşəsi olmadan, “skoçlanmış” vəziyyətdə idarə olunduğu müşahidə edilir.
İstifadəçilər ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinin qaldırılmasına keyfiyyətin artırılmasının səbəb kimi göstərilməsinin bu görüntülərlə uyğun gəlmədiyini bildirirlər.
AYNA isə yerli KİV-ə açıqlama verərək, artıq sözügedən avtobusun xətdən kənarlaşdırıldığını bəyan edib.
Həmin kadrları təqdim edirik: Bu gönderiyi Instagram'da gör Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu