Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Son illərdə Bakıda velosiped və skuter istifadəçilərinin sayı artmaqdadır.
Bir çox Avropa ölkəsində elektroskuterlərdən nəqliyyat vasitəsi kimi istifadə edilir.
Bu cihazlar həm tıxac problemini aradan qaldırır, həm də təmiz havada səyahət etməyə şərait yaradır.
Bakıda da bu, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə yönəlmə meyli gündən-günə artır.
Lakin bu hal, eyni zamanda, bir sıra təhlükələrə də yol açır".Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.
O bildirib ki, avtomobil yollarına çıxan velosipedçilər və skuter sürücüləri bəzən həm özlərinin, həm də digər yol istifadəçilərinin təhlükəsizliyini riskə atırlar:"Velosipedçilər və skuter sürücüləri təhlükəsizlik qaydalarına riayət etməli, qoruyucu avadanlıqlardan istifadə etməli və səkilərdə, xüsusi yollar üzərində hərəkət etməlidirlər.Skuterlərin istifadə qaydası haqqında qanunda belə bir məqam var ki, yaşı 16-dan az olan vətəndaşların avtomobil yolunda elektrik skuteri idarə etməsi qadağandır.
Lakin burada bir boşluq var. Hazırda yalnız avtomobil yolları üçün yaş tələbi mövcuddur.