Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda yaşayış binalarının həyətinin girişinə qoyulan şlaqbaum qəzaya səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə Bakının Bakıxanov qəsəbəsində baş verib.
Odur ki, doqquzmərtəbəli binanın sakinləri qoyulan şlaqbauma etiraz edirlər.
Qeyd edək ki, həmin ərazidə bir mərtəbədən digər binaya keçid var.
Lakin həyətdəki giriş bağlandığına görə digər binanın sakinləri öz nəqliyyat vasitələri ilə bu əraziyə girə bilmirlər.
Şlaqbaum qoyulan həyətin sakinləri isə kənar maşınların onlara təhlükə yaratdığını, kiçik yaşlı uşaqların həyətdə oynaya bilmədiklərini əsas gətirirlər.
Onlar deyirlər ki, problemi yaradan elə şikayəti edən 9 mərtəbəli binanın sakinləridir.