Bakıda ŞOK CİNAYƏT: arvad ərinin bozağını kəsib öldürdü İNTİHAR EDİB DEYİBMİŞ

24.08.2026

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.

Lent.az-ın əldə etdiyi məlumata görə, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb.

A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью