Bakıda ŞOK CİNAYƏT: Ətağa ya görə iş yoldaşını öldürdü | Icma.az
Icma.az bildirir, Lent az saytına əsaslanaraq. CİNAYƏT İŞİ Qısa arayış...
2024-cü il aprelin 20-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olur.
Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır.
Məlum olur ki, hadisə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Bakıxanov Çörək zavodu”nun həyətində baş verib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayəti törədən Elşən Məmmədov 1985-ci ildə İsmayıllı rayonunda anadan olub, əvvəllər məhkum olunmayıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.İstintaqla müəyyən edilib ki, aprelin 19-u saat 21 radələrində Elşən Məmmədov sərxoş halda vaxt keçirməkdən ötrü çilingər vəzifəsində işlədiyi çörək zavodun həyətinə gəlib.
Orda təsadüfən rastlaşdığı, həmin müəssisədə qazanxana operatoru işləyən Etibar Salamzadə ilə birlikdə yenidən spirtli içki qəbul etməkdən ötrü yaxınlıqda yerləşən marketə gediblər.
Tam oxu
Xəbəri oxu