Bakıda ŞOK CİNAYƏT: qadını şantaj edib 20 min manatını mənimsədi

11.07.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda qadına hədə-qorxu gələrək pul tələb edən şəxs saxlanılıb.
Lent.az xəbər verir ki, Xətai rayonunda 29 yaşlı qadın polisə müraciət edərək tanışına verdiyi 20 min manat pulunu geri istədiyini, amma həmin şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini bildirib. 

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 25 yaşlı Ə.Nəsibov saxlanılıb.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью