Bakıda şok olay: Ər hamilə arvadını xəstəxanada qoyub xaricə qaçdı

14.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Hamilə olan həyat yoldaşını Sabunçu xəstəxanasına müayinə adı ilə aparan ər orada onu tərk edərək qaçıb. Artıq bir aydır ki, qadın xəstəxanada qalır və həyat yoldaşının onu geri aparmasını gözləyirdi”.

Bunu “Cebheinfo.az”-a “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O bildirib ki, daha sonra həyat yoldaşı qadına pasportunun şəklini göndərərək xaricdə olduğunu bildirib:

“Qadına deyib ki, öz başının çarəsinə baxsın”.

Bu hadisədən sonra qadın sığınacağa yerləşdirilib.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью