Bakıda ŞOK OLAY Maşınlara yumurta atıb, şüşəsilənləri qopardılar

08.05.2026

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən məhəllələrdən birində parklanmış avtomobillərə qarşı xoşagəlməz hadisə baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin bildirdiyinə görə, hazırda məhəllədə saxlanılan bəzi avtomobillərə yumurta atılıb. Bundan başqa, bir neçə maşının şüşə siləcəklərinə də müdaxilə edildiyi qeyd olunub.

Məlumata əsasən, ərazi sakinləri əvvəllər məhəlləyə giriş və çıxışı nəzarətdə saxlamaq üçün şlaqbaum quraşdırıblar. Buna baxmayaraq, kənardan gələn və ya məhəllədə saxlanılan bəzi avtomobillərə qarşı bu cür hərəkətlərin davam etdiyi bildirilir.

Ərazidən kadrları təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью