Bakıda söküntü zamanı su borusu partladı VİDEO

20.10.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, 7-9 ünvanında su borusu partlayıb.
Bizim.Media xəbər verir ki, hadisəyə ərazidə aparılan söküntü işləri zamanı köhnə borunun üzərinə yük düşməsi səbəb olub.
Hazırda borudan axan su əraziyə və avtomobil yoluna yayılıb.
Məsələ ilə əlaqədar İri Şəhərlərin Su Təchizatından (İŞST) bildirilib ki, qəza Süleyman Rəhimov küçəsindən keçən su xəttində baş verib.
"Hazırda qəza aradan qaldırılır. Məsələ ilə bağlı məlumat daxil olan kimi əraziyə briqada cəlb olunub, xəttin təmiri və bərpası istiqamətində işlər görülür". (Oxu.az)

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью