Bakıda sorğu: “Küçələr dardır, metro stansiyaları olmasa…” VİDEO KONKRET

01.02.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Baku TV sorğu keçirərək paytaxt sakinlərinin velosipeddən istifadə etmələri haqqındakı fikirlərini öyrənməyə çalışıb.

KONKRET.az xəbər verir ki, “Avtomobildən, avtobusdan imtina edərək velosipedi seçərdiniz?” sualına sakinlərin çoxu müsbət cavab verərək bunu dəstəklədiyini bildirib.

Onlar, eyni zamanda qeyd ediblər ki, velosipeddən istifadə şəhərdə tıxac probleminin qarşısını almağa kömək edir.

Sakinlərdən biri isə velosipeddən istifadəyə müsbət baxmadığını söyləyib.

“Bunlar boş söhbətlərdir. Küçələr dardır, metro stansiyaları olmasa, hər şey daha da pis olar”, – deyə o, sözlərinə əlavə edib.

Ətraflı süjetdə:

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью