Bakıda sovet başkəsəninin adına küçə var Meriya isə bilmir

18.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ötən gün Bakıda söküləcək qəzalı binalar sırasında Sabunçu rayonunda Mixail Frunze küçəsi, ev 16-nın da olduğu haqda məlumat yayılıb. Bu isə o deməkdir ki, Bakıda Türküstanın qubernatoru olmuş qırmızı terrorun “şanlı nümayəndəsi”nin adına küçə hələ də qalmaqdadır.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Axar.az-a bildirilib ki, hazırda Bakı şəhərində bu adda küçə yoxdur.

“Sakinlər unvanportali.az saytına daxil olmaqla yaşadıqları küçənin adı haqqında ətraflı məlumat ala bilərlər. Bunun üçün rəsmi portal fəaliyyət göstərir”, - qurumdan qeyd olunub.

Meriyanın bu açıqlaması təəccüb doğurur; Əvvəla, Mixail Frunze küçəsinin mövcudluğu ünvanlarda da əksini tapır və bununla bağlı axtarış şəbəkəsində qısa araşdırma etmək kifayətdir ki, fakt təsdiqlənsin.

Digər tərəfdən, “Quql-məps” Zabratdakı Mixail Frunze küçəsinin yerləşdiyi ərazini də dəqiqliklə əks etdirir.

Foto-skrinini təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью