Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır SOS

24.02.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda spirtli içkidən zəhərlənərək ölən daha 3 nəfərin kimliyi məlum olub.

Lent.az xəbər verir ki, Sabunçu rayonunda spirtli içkidən ölənlərdən daha 3 nəfərin şəxsiyyəti müəyyən edilib. 

Onlardan ikisi qadın, biri kişidir.

Şəxsiyyəti müəyyən edilən 3 nəfər aşağıdakılardır:

1960-cı il təvəllüdlü Muradov Murad Aqil oğlu,

1984-cü il təvəllüdlü İsakova Svetlana Aleksandrovna,

1962-ci il təvəllüdlü İskəndərova Anjelika Həsənağa qızı.

Qeyd edək ki, son 3 gündə Bakının Sabunçu rayonunda spirtli içkidən 15 nəfər ölüb.

Bu gün səhər Lent.az digər ölənlərin adlı siyahısını təqdim etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью