Bakıda spirtdən zəhərlənərək ölənlərin sayı 24 ə çatdı

01.03.2025

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

43 yaşlı E.Zeynalov metil spirti içərək zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilsə də, görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu hadisə ilə Bakıda son həftə ərzində texniki spirtdən ölənlərin sayı 24-ə çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью