Bakıda stadionu söküb yerində hündürmərtəbəli bina tikirlər İDDİA / VİDEO

28.01.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Vətən stadionu sökülür.

Bakupost.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Sakinlərin şikayətinə görə, stadionda söküntü işləri gecə saatlarında aparılıb. Bu da onlar arasında ciddi narahatlıq yaradıb.

Həmçinin onlar stadion ərazisində çoxmərtəbəli yaşayış binasının tikiləcəyindən narahatlığını dilə gətiriblər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında mövcud İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin Bakı şəhəri Səttar Bəhlulzadə küçəsində yerləşən idman meydançalarının yenilənməsi, əlavə inzibati və köməkçi binalarının tikinti işlərinin aparılması planlaşdırılıb.

Müvafiq qurumlardan tikintiyə dair icazə sənədləri alınıb, işlərin icrası zamanı tikinti norma və qaydalarının qorunması barədə müvafiq iş icraçılarına tapşırıq verilib.

Ərazidən görüntüləri təqdim edirik:


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью