Bakıda stəkanla adam öldürənə 9 il yarım cəza verildi

05.12.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin sonuncu məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə M. Abdullayevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Qeyd edək ki, dövlət ittihamçısı Möhsün Abdullayevin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. İttihama görə M. Abdullayev mübahisə zəmnində masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Nəticədə zərərçəkənin başından qan axmağa başlayıb. Sonra yumruqla ona zərbələr vurub. Məqsədi Tağıyevdən işlətdiyi nalayiq ifadələrə görə qisas almaq olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью