Bakıda su aparatlarını sındırıb pul oğurlayan 3 nəfər həbs edildi

27.10.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bakının dörd rayonunda su satışı aparatlarından oğurluq edən üç nəfər saxlanılıb.

Modern.az xəbər verir ki, paytaxtın Nəsimi, Nərimanov, Yasamal və Binəqədi rayonlarında müxtəlif ünvanlarda quraşdırılmış su satışı aparatlarının sındırılması və içərisindəki pulların oğurlanması barədə polisə müraciətlər daxil olub.

Aparatların pul qəbuledici hissələrinin zədələnməsi nəticəsində şirkətə əlavə maddi ziyan da dəyib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Xəyal Sultanzadə, əvvəllər məhkum olunmuş Ümid Tağıyev və Zöhrab Şamilzadə saxlanılıblar.

Faktlarla bağlı cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью