Bakıda su borusu partlayıb

25.05.2025

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Xətai rayonunda yerləşən Qədir Məmmədov küçəsi 9 ünvanında su borusu partlayıb.

News24.az xəbər verir ki, BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, borunun partlaması nəticəsində yüksək təzyiqlə su ətrafa yayılıb.

Binanın qarşısında böyük həcmdə su gölməçəsi əmələ gəlib. Ətrafa yayılan su binanın blokuna da daxil olub.

Sakinlərin sözlərinə görə, borunun partlaması bir neçə saat əvvəl baş versə də, hələlik müvafiq qurumlar hadisə yerinə müdaxilə etməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью