Bakıda su borusu partlayıb Bina qarşısında gölməçə yaranır

25.05.2025

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Xətai rayonunda yerləşən Qədir Məmmədov küçəsi 9 ünvanında su borusu partlayıb.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, borunun partlaması nəticəsində yüksək təzyiqlə su ətrafa yayılıb.

Binanın qarşısında böyük həcmdə su gölməçəsi əmələ gəlib. Ətrafa yayılan su binanın blokuna da daxil olub.

Sakinlərin sözlərinə görə, borunun partlaması bir neçə saat əvvəl baş versə də, hələlik müvafiq qurumlar hadisə yerinə müdaxilə etməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью