Bakıda su hovuzuna düşən şəxs xilas edildi

06.03.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin su hovuzuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Gununsesi.info-ya bildirilib ki, məlumatla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində dərinliyi 6 metr olan hovuzdan (içərisində su olmayan) 1 nəfərin xilas olunması təmin edilib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью