Bakıda su niyə yoxdur? ADSEA dan açıqlama

21.06.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır.

Bu barədəa Axar.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumatda bildirilib.

“Anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir.

Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb.

Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatındakı fasilələrə görə abonentlərdən üzr istəyirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью