Bakıda şübhəli əşya həyəcan yaşatdı

04.02.2025

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda şübhəli əşya həyəcan yaşatdı.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında şübhəli əşya aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə AzPost-a FHN Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu xüsusi təlim görmüş itlə hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra avtobus dayanacağında aşkar edilmiş şübhə doğuran məktəbli çantasına xüsusi təlim görmüş itin tətbiqi ilə keçirilmiş baxış zamanı çantanın içərisində məktəb ləvazimatlarının olduğu müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью