Bakıda superrayon yaradılması planı: İcra başçıları təşvişdə... | Icma.az
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının inzibati rayonlarının birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib.
Son günlər bu mövzu ictimaiyyət arasında geniş müzakirə olunur.
Məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, əsas məqsəd şəhərin daha səmərəli idarə olunmasını təmin etmək və tarixi mərkəzi vahid bir struktur altında birləşdirməkdir.
Bildirilir ki, təsdiqlənən yeni Baş Planda “mərkəzi planlaşdırma rayonları” adlı bir anlayış var ki, bu gerçəkləşərsə, şəhərin idarə olunmasını daha effektiv edəcək.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə bu ideyanı irəli sürən şəxslərdən biridir.
O, ötən il bildirmişdi ki, Bakının tarixi mərkəzinin sərhədləri mütləq müəyyən edilməli və bu ərazi ayrıca inzibati vahid kimi formalaşdırılmalıdır.
E.Qasımzadəyə görə, Bakının tarixi mərkəzini başqa rayonlardan ayırıb mərkəzi rayon yaratmaq lazımdır: “Və həmin rayonun xüsusi reqlamenti və xüsusi statusu olmalıdır.
Tam oxu
Xəbəri oxu