Bakıda süpürgəçini avtomobil vurdu

11.07.2026

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Bakının Nizami rayonunda yol qəzası zamanı qadın ağır xəsarətlər alıb.

Yol-nəqliyyatı hadisəsi Laçın Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.

Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı, 1975-ci il təvəllüdlü Mikayılova Şəfaqət Ağamusa səkini süpürən zaman avtomobil vurub.

Qadın çoxsaylı sınıq xəsarətləri alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью