Bakıda sürücü insanların həyatını heçə saydı ANBAAN VİDEO

14.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ötən gün axşam saatlarında Hökməli-Qobu yolunda hərəkətdə olan bir sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükə altına atması müzakirə mövzusu olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Yayılan videodan aydın şəkildə görünür ki, həmin sürücü son dərəcə təhlükəli manevrlər edərək sürətlə qarşı yolda avtomobilini idarə edir. Onun bu cür məsuliyyətsiz hərəkətləri ətrafda böyük həyəcan və qorxu yaradıb.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью