Bakıda sürücü maşının nömrəsini görün necə oxunmaz hala saldı VİDEO

11.08.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Nərimanov rayonu, Milli Həmrəylik küçəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb.

Görüntülərdən məlum olur ki, “LADA Oka” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin arxa dövlət qeydiyyat nişanını örtüklə bağlayıb, həmçinin nişanın hərf və rəqəmlərini cızaraq oxunmaz vəziyyətə salıb.

Hadisə şahidinin iddiasına görə, sürücü avtomobilin ön hissəsində qanunvericiliklə nəzərdə tutulmayan əlavə səs siqnalı quraşdırıb və hərəkət zamanı ondan lüzumsuz şəkildə istifadə edib.

O, həmçinin avtomobil sahibinin qazi ola biləcəyini iddia edib.

Qeyd edək ki, dövlət qeydiyyat nişanının qəsdən oxunmaz vəziyyətə gətirilməsi və ya örtülməsi, eləcə də nəqliyyat vasitəsində qanunvericiliklə nəzərdə tutulmayan avadanlıqların quraşdırılması və səs siqnalından təyinatı üzrə olmayan hallarda istifadə edilməsi inzibati məsuliyyət yaradır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью