Bakıda sürücü meymunu “Prius”un damına çıxarıb yol boyu sürdü VİDEO

14.04.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxt ərazisində heyvanı maşının üstünə çıxaran sürücünün görüntüsü sosial şəbəkədə maraqla qarşılanıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Belə ki, 99-CB-713 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü meymunu maşının damına çıxararaq nəqliyyat vasitəsini yol boyu idarə edib. Maşının üstündə dayanmadan hərəkət edən meymun eyni zamanda arxa oturacaqdakı sərnişinin əl hərəkətlərinə reaksiya da verib. 

Təbii ki, heyvanı videodakı formada daşımaq düzgün deyil. Bu vəziyyətdə heyvan daşıyan sürücü hər an qəzaya, hətta onun ölümünə səbəb ola bilər. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью