Bakıda sürücü nömrəsiz motosikletlə təhlükə saçdı VİDEO

17.11.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtda təhlükəli hərəkətlər edən motosiklet sürücüsü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, “Tufan S150” markalı motosikletin sürücüsü qayda pozuntularını əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Qara Qarayev prospektində lentə alınan görüntülərdə sürücünün sıxlıq zamanı hərəkətsiz avtomobillərin arasından keçdiyi görünür. Bu zaman o, həm özünün, həm motosikletdəki sərnişinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atıb.

Babək prospektində qeydə alınan digər görüntülərdə isə sürücünün yaş asfalt örtüyündə lüzumsuz və təhlükəli manevrlər etdiyi əks olunub.

Bundan başqa, o, motosikleti dövlət nömrə nişanı olmadan idarə edir.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228934.html

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью