Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Xətai rayonu, Ceyhun Həsənov küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 1-də saat 06:42 radələrində qeydə alınıb.
Belə ki, Rusiyaya məxsus o700oo77 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb. Qarşıdan nəqliyyat vasitəsinin gəldiyini görən sürücü öz zolağına qayıtsa da, qısa müddət sonra eyni qayda pozuntusunu yenidən törədib.
Sürücü bununla da kifayətlənməyib. O, işıqforun qırmızı işığında hərəkətini davam etdirərək yolayrıcına daxil olub.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227499.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar