Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda Anar Şahbazov adlı şəxs qanunsuz olaraq cərimələndiyini bildirir.
Şikayətçi bu barədə görüntüləri Axar.az-a təqdim edib.
Sürücü bildirib ki, işlədiyi müəssisənin yerləşdiyi əraziyə (Əhməd Rəcəbli küçəsi) daxil olmaq üçün binanın həyətində olan yük maşınının çıxmasını gözləyib və bu zaman ərazidə olan nəzarət kamerası tərəfindən ona dayanma-durmaya görə cərimə yazılıb.
O bildirib ki, yük maşının çıxması üçün 1-2 dəqiqə həmin ərazidə dayanmağa məcbur olub:
“İçəri daxil olmaq üçün həyətdə olan digər avtomobilin çıxması şərtdir. Mənə qanunsuz olaraq cərimə təqbiq edilib. Xahiş edirəm, rəsmi qurumlar bununla bağlı tədbir görünlər”, - o əlavə edib.
Sözügedən şikayətlə bağlı BDYPİ-yə sorğu verilib.