Bakıda sürücü sükan arxasında öldü

22.10.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Bakının Binəqədi rayonunda sürücü sükan arxasında vəfat edib, avtomobil qəzaya uğrayıb.

Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

Faiq Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobildə qəfil ürəyi tutub.Biləcəri dairəsubdə idarəetmədən çıxan avtomobil kiçik tutumlu yük maşınına çırpılıb.

Hadisə yerinə polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Məlum olub ki, minik avtomobilinin sürücüsü qəzadan qabaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью