Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla və Fətəli xan Xoyski küçələrinin kəsişməsində qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb.
Bu barədə Avtosfer.az-a görüntüləri göndərən izləyici məlumat verib. Bildirilib ki, hadisə iyulun 28-də səhər saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, 10-XE-849 dövlət qeydiyyat nişanlı “Renault Duster” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Daha sonra isə o, işıqforun qırmızı işığında yolayrıcına daxil olaraq hərəkətini davam etdirib.
Şikayətçinin sözlərinə görə, sürücü tıxacdan yayınmaq məqsədilə təcili tibbi yardım avtomobilinin arxasınca hərəkət edib və bu yolla digər nəqliyyat vasitələrini ötərək irəliləyib.
Nərmin